Əsas Səhifə > Digər > EEVZA: Azərbaycan millisi ilk oyunda məğlub olub

EEVZA: Azərbaycan millisi ilk oyunda məğlub olub


5-12-2023, 17:01


18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda ilk matçında Polşa ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (12:25, 16:25, 16:25).

Azərbaycan millisi dekabrın 6-da Ukrayna, 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.
Geri qayıt