Əsas Səhifə > Digər > Alpaqut Turan Döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirilib

Alpaqut Turan Döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirilib


12-03-2018, 22:04


Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətindən BrendSport.az saytına verilə məlumata görə, Alpaqut Turan Döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirilib. Şağan İdman Olimpiya Kompleksində baş tutub.

Aypara, Batur, Caymaz və Qurşaq sistemi üzrə ölkənin müxtəlif bölgələrini təmsil edən 30 komanda (federasiyanın hər rayon filialı bir komandadir) olmaqla 300 alpaqutçu iştirak edib.

Yarışda müxtəlif yaş qruplarından ibarət olan alpaqutçular birincilik uğunda mübarizə aparıblar.

Dövlət himninin oxunması ilə başlanan mərasimdə AAF-nin prezident əvəzi Qüdrət Nuriyev giriş nitqi söyləyib. Sonra Alpaqut Turan Döyüş Sistemlərinin qürucusu, Kutsan Vasif Namazov, Prezident Administrasiyasının idman məsələləri üzrə məsləhətçisi Vüqar Əsgərov və digər qonaqlar çıxış ediblər.

Rəsmi hissənin sonunda alpaqutun inkışafına dəstək olan və çempionata fəxri qonaq qismində dəvət edilmiş şəxslərə Kutsan Vasif Namazov və AAF-nin prezident əvəzi Qüdrət Nuriyev tərəfindən diplomlar təqdim edildi.

Sonra Azərbaycan birinciliyində final mərhələsi başladı. Gərgin mübarizə şəraitində və ədalətli hakimlik pirinsipi ilə keçən final mərhələsi başa çatdıqdan sonra qaliblər elan edildi. Aypara sistemi üzrə komanda hesabı ilə birinci yeri Ağdam, ikinci yeri Suraxanı, üçüncü yeri Sabunçu, Caymaz sistemi üzrə birinci yeri Mingəçevir, ikinci yeri Ağcəbədi, üçüncü yeri Laçın, Batur sistemi üzrə isə birinci yeri "Dinamo" idman klubu, ikinci yeri Laçın, üçüncü yeri Şəmkir rayonunun komandaları tutdular.

Çemponatin sonunda yarış qalibləri mükafatlandirildi.

























Geri qayıt