Əsas Səhifə > Digər > UEFA Gənclər Liqası: "Qəbələ" - "Olimpiakos" oyununun hakimləri müəyyənləşib

UEFA Gənclər Liqası: "Qəbələ" - "Olimpiakos" oyununun hakimləri müəyyənləşib


2-11-2023, 15:20


“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.

BrendSport.az
xəbər verir ki, noyabrın 8-də, saat 16:00-da Qəbələ şəhər stadionunda təşkil ediləcək oyunda ədaləti Gürcüstandan olan hakimlər briqadası qoruyacaq.

Baş hakim Qoqa Kikaçeşviliyə laysmanlar qismində David Axvlediani və Davit Qabisonia kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Tural Qurbanov yerinə yetirəcək.
Geri qayıt