Əsas Səhifə > Digər > Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub

Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub


1-11-2023, 20:54


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunun heyətində növbəti qolunu vurub.

BrendSport.az
xəbər verir ki, 26 yaşlı hücumçu "Oriolik"ə qarşı ölkə kubokunun 1/8 final oyununda fərqlənib.

Emreli Zaqreb təmsilçisinin heyətində ümumilikdə 7-ci qolun müəllifi olub.

Qeyd edək ki, "Dinamo" rəqibini 8:0 hesabı ilə məğlub edib.
Geri qayıt