Əsas Səhifə > Digər > Arda Gülərin "Real"da debüt edəcəyi tarix bəlli olub

Arda Gülərin "Real"da debüt edəcəyi tarix bəlli olub


30-10-2023, 19:01


Türkiyə millisinin futbolçusu Arda Gülərin İspaniyanın "Real" klubunda debüt edəcəyi tarix bəlli olub.

BrendSport.az
xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin "Rayo Valyekano"ya qarşı La Liqanın 12 turunun oyununda meydana çıxacağı gözlənilir.

Qarşılaşma noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, Arda Gülər iyulun 7-də "Kral klubu" ilə müqavilə imzalayıb. O, daha sonra zədələndiyi üçün meydana çıxa bilməyib.
Geri qayıt