Əsas Səhifə > Digər > Azərbaycan Premyer Liqası: “Neftçi” öz meydanında “Sabah”a məğlub olub

Azərbaycan Premyer Liqası: “Neftçi” öz meydanında “Sabah”a məğlub olub


29-10-2023, 21:13



Oktyabrın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, turun son matçında “Neftçi” və “Sabah” qarşılaşıb.

“Neftçi Arena”da keçirilən oyun qonaqların qələbəsi ilə başa çatıb – 0:1.

Oyunda yeganə qolu 90+6-cı dəqiqədə qonaqların futbolçusu Boyan Letiç vurub.

Qeyd edək ki, günün ilk matçında “Sumqayıt”la “Qəbələ” qolsuz heç-heçəyə razılaşıb – 0:0.
Geri qayıt