Əsas Səhifə > Digər > La Liqa: "Real" səfərdə "Barselona"nı məğlub edib

La Liqa: "Real" səfərdə "Barselona"nı məğlub edib


28-10-2023, 20:15


İspaniya La Liqasında "El Klasiko" keçirilib.

BrendSport.az
xəbər verir ki , "Barselona" XI turda Madrid "Real"ını qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.

Kataloniya təmsilçisinin heyətində İlkay Gündoğan 6-cı dəqiqədə hesabı açıb. Paytaxt klubundan Cud Bellingem 68-ci dəqiqədə tarazlığı bərpa edib. İngiltərəli oyunçu 90+2-ci dəqiqədə qələbə qolunu vurub.

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran "Real" birinci pilləyə yüksəlib. "Barselona" 24 xalla üçünü sıradadır.
Geri qayıt