Əsas Səhifə > Digər > Premyer Liqa: təxirə salınmış oyunun hakimləri açıqlanıb

Premyer Liqa: təxirə salınmış oyunun hakimləri açıqlanıb


24-10-2023, 18:48


Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış oyunun təyinatları müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, AFFA Hakimlər Komitəsi “Sumqayıt”la “Sabah” arasında baş tutacaq qarşılaşmaya Rəşad Əhmədovu təyin edib. Ona Cəmil Quliyev və Eyyub İbrahimov kömək edəcəklər. Görüşün 4-cü hakimi Rövşən Rəcəbov olacaq.

Matçda Tural Qurbanov VAR, Elşad Abdullayev AVAR kimi iş başında olacaq. Hakimlərin işinə hakim-inspektor Rəhim Həsənov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.

Qeyd edək ki, oktyabrın 25-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Sabah” görüşü saat 18:30-da başlayacaq.
Geri qayıt