Əsas Səhifə > Digər > Avropa Liqası: Əliyar Ağayev Almaniya klubunun oyununu idarə edəcək

Avropa Liqası: Əliyar Ağayev Almaniya klubunun oyununu idarə edəcək


24-10-2023, 11:23



Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində Serbiyada “Baçka Topola” və Almaniya “Frayburq”u arasında keçiriləcək III tur oyununu idarə edəcək.

BrendSport.az
xəbər verir ki, 36 yaşlı beynəlxalq dərəcəli hakimin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Oktyabrın 26-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Qeyd edək ki, Əliyar Ağayev daha əvvəl Avropa Liqasının qrup mərhələsində Polşada “Rakuv" və Avstriyanın “Şturm” komandaları arasında keçirilmiş II tur oyununun baş hakimi olub.
Geri qayıt