Əsas Səhifə > Digər > Azərbaycanın beş sərbəst güləşçisi dünya çempionatında mübarizəyə başlayır
Azərbaycanın beş sərbəst güləşçisi dünya çempionatında mübarizəyə başlayır23-10-2023, 13:14 |
Bu gün Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatı start götürəcək. BrendSport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş sərbəst güləşçisi qüvvəsini sınayacaq Onlardan dördü mübarizəyə 1/8 finaldan, biri isə təsnifat mərhələsindən başlayacaq. 1/8 finalda Ceyhun Allahverdiyev (61 kiloqram) Emre Kuralla (Türkiyə), Cəbrayıl Qadjiyev (74 kiloqram) Navin Navin (UWW) / Nikita Dmitriyevs (AİN) cütünün qalibi ilə, Arseni Djioyev (86 kiloqram) Muşeq Mkrtçyanla (Ermənistan), Abdulcəlil Şabanov (92 kiloqram) Recep Haydari (Şimali Makedoniya) ilə qarşılaşacaq. Vaxit Qalayev (125 kiloqram) isə təsnifat mərhələsində Karanvir Mahillə (Kanada) münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, dünya çempionatı oktyabrın 29-dək davam edəcək. Geri qayıt |