Əsas Səhifə > Digər > Azərbaycanın 2 boksçusu Avropa Kubokunda medalı təmin edib
Azərbaycanın 2 boksçusu Avropa Kubokunda medalı təmin edib12-10-2023, 11:58 |
Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib. BrendSport.az xəbər verir ki, Malik Həsənov (63,5 kq) və Mirşərif Kazımzadə (75 kq) yarımfinala yüksəlməklə buna nail olublar. M.Həsənov 1/4 finalda fransalı Lunes Hamrauini mübarizədən kənarlaşdırıb. O, yarışda üçüncü döyüşünü israilli Ahmat Ştiviyə qarşı keçirəcək. M.Kazımzadə isə yarımfinal yolunda Qabriel Debaniçə (Xorvatiya) 5:0 hesabı ilə qalib gəlib. İdmançımızın növbəti rəqibi rusiyalı Cambulat Bijamov olacaq. Hər iki boksçu yarımfinal görüşünə oktyabrın 13-də çıxacaq. Qeyd edək ki, Avropa Kubokunun beşinci günündə millimizin 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kq) Canluici Malanqa (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) isə Miroslav Kapulerlə (İsrail) üz-üzə gələcək. Geri qayıt |