Əsas Səhifə > Digər > Avstriya millisinin daha bir futbolçusu Azərbaycanla oyun ərəfəsində heyətdən çıxarılıb
Avstriya millisinin daha bir futbolçusu Azərbaycanla oyun ərəfəsində heyətdən çıxarılıb9-10-2023, 20:40 |
Avstriya yığmasının daha bir futbolçusu Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunları ərəfəsində heyətdən çıxarılıb. BrendSport.az xəbər verir ki, David Alabadan sonra digər müdafiəçi Ştefan Poşun da qarşıdakı matçları buraxacağı dəqiqləşib. Bu səbəbdən baş məşqçi Ralf Ranqnik onun heyətə cəlb olunmamasını qərara alıb. İtaliyanın “Bolonya” klubunun üzvü əzələ zədəsindən əziyyət çəkir. Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq. Geri qayıt |