Əsas Səhifə > Digər > Azərbaycan cüdoçuları Asiya turnirində 4 medal qazanıblar
Azərbaycan cüdoçuları Asiya turnirində 4 medal qazanıblar9-10-2023, 08:57 |
Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər. BrendSport.az xəbər verir ki, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 3-cü, kişilər arasında isə 2-ci yeri tutub. Azərbaycan yarışda 7 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunub. Turnirin ilk günündə cüdoçularımız 1 gümüş medal, ikinci günündə isə 3 medal qazanıblar. 81 kq çəkidə İmamverdi Məhərrəmov yarışın gümüş medalına sahib olub. Eyni çəki dərəcəsində Məmmədrza Hacızadə 7-ci yerdə qərarlaşıb. 100 kq. çəkidə Ruslan Nəsirli bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. +100 kq. çəki dərəcəsində İmran Yusifov bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə həmyerlisi Camal Feyziyevi məğlub edib. Nəticədə Feyziyev yarışı 5-ci yerdə tamamlayıb. Geri qayıt |