Əsas Səhifə > Digər > “Beşiktaş”ın baş məşqçisi istefa verib

“Beşiktaş”ın baş məşqçisi istefa verib


6-10-2023, 15:37



Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş istefa verib.

BrendSport.az
xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 71 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsində İsveçrə təmsilçisi “Luqano”ya İstanbuldakı 2:3 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib. O, klubun prezidenti Ahmet Nur Çebi ilə görüşərək, istəyini bildirib. Rəhbərlik isə bunu müsbət cavablandırıb.

Qeyd edək ki, Şenol Günəş 2022-ci ilin oktyabrında “Beşiktaş”ın “sükanı arxasına" keçmişdi.
Geri qayıt