Əsas Səhifə > Digər > FIFA Neymar və "Barselona"nı məyus etdi

FIFA Neymar və "Barselona"nı məyus etdi


24-02-2018, 15:07


Ötən yay Neymarı 222 milyon avroya heyətinə qatan PSJ transfer rekordunu qırmışdı. Bundan sonra həm Neymar, həm də "Barselona"ya FIFA-ya şikayət etmişdi.

Öncə Kataloniya klubu futbolçunun 2016-cı ildə imzaladığı yeni müqavilədən sonra aldığı 8 milyon funt-sterlinqi geri qaytarması ilə bağlı ali futbol qurumuna müraciət ünvanlamışdı. Neymar isə buna qarşılıq olaraq klubun ona 23 milyon funt-sterlinq borcu olduğunu bildirərək iddia qaldırmışdı.

FIFA hər iki tərəfi məyus edən qərar qəbul edib. Belə ki, ali futbol qurumu tərəflər arasındakı mübahisəni həll etməyib və bununla bağlı başqa bir məhkəmənin qərar verməli olduğunu bildirib.
Geri qayıt