Əsas Səhifə > Digər > Beynəlxalq Atletlər Forumunda Azərbaycanı Rüstəm Orucov təmsil edəcək
Beynəlxalq Atletlər Forumunda Azərbaycanı Rüstəm Orucov təmsil edəcək29-09-2023, 16:42 |
Oktyabrın 1-2-də İsveçrənin Lozanna şəhərində Beynəlxalq Atletlər Forumu keçiriləcək. Forumda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Atletlər Komissiyasının (AK) 400-dən çox nümayəndəsi iştirak edəcək. BrendSport.az xəbər verir ki, forumun açılış günü komissiyanın son işlərinin icmalı və onun yenilənmiş strategiyası müzakirə olunacaq. Forum iştirakçıları AK-nın idarə olunması ilə bağlı fikir mübadiləsi apararaq müxtəlif sessiyalarda iştirak edəcəklər. Rusiya və ya Belarus pasportuna malik idmançıların beynəlxalq yarışlarda fərdi neytral idmançı kimi iştirakı ilə bağlı beynəlxalq federasiyalar və beynəlxalq idman tədbiri təşkilatçıları üçün BOK və AK tərəfindən təqdim olunan tövsiyələr də müzakirə ediləcək. Daha sonra idmançılara dəstək,Olimpiya Hərəkatının maliyyələşdirmə modeli və onları BOK vasitəsilə dəstəkləmək üçün mövcud proqramlar, o cümlədən Olimpiya Həmrəyliyi, Athlete 365 və Ümumdünya Olimpiya Tərəfdaşları tərəfindən təqdim olunan proqramlar da müzakirə olunacaq. Forumun ikinci günündə qarşıdan gələn Olimpiya Oyunları haqqında müzakirələr aparılacaq, WADA və Beynəlxalq Test Agentliyinin nümayəndələri ilə təmiz idmanın əhəmiyyətini və rəqabət manipulyasiyasının qarşısının alınması haqqında geniş söhbət olacaq. İdmanda Korrupsiyaya Qarşı Beynəlxalq Tərəfdaşlıq (IPACS) məsələlərinə də toxunulacaq: bu, idmanda korrupsiyaya qarşı mübarizədə səyləri birləşdirmək üçün idman təşkilatlarını, hökumətləri və hökumətlərarası təşkilatları bir araya gətirən çoxtərəfli təşəbbüsdür. Beynəlxalq Atletlər Formunda Azərbaycanı 2016 Rio-deJaneyro Yay Olimpiya Oyunlarının, ikiqat dünya çempionatının gümüş mükfatçısı, Avropa çempionu cüdoçu Rüstəm Orucov təmsil edəcək. Geri qayıt |