Əsas Səhifə > Digər > AVRO-2024: UEFA statistik göstəriciləri açıqlayıb
AVRO-2024: UEFA statistik göstəriciləri açıqlayıb13-09-2023, 10:45 |
UEFA AVRO-2024-ün seçmə mərhələsində VI turun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb. BrendSport.az xəbər verir ki, Azərbaycan millisi 52 ölkənin mübarizə apardığı tsikldə vurulan qollara görə 46-49-cu yerləri bölüşdürür. Yığmamızdan başqa Kipr, Estoniya və Farer adaları iki dəfə rəqib qapılarına yol tapıblar. Lixtenşteyn və Malta bir dəfə buna müvəffəq olubsa, San Marino və Cəbəllütariq milliləri hələlik fərqlənməyiblər. Portuqaliya 24 qolla birinci pillədə qərarlaşıb. Seçmə mərhələdə dörd matç keçirən Azərbaycan komandası qapıya vurulan zərbələrdə də son sıralardadır. Futbolçuların 30 cəhdindən 11-i "çərçivə"yə düşübsə, 13-ü hədəfdən yayınıb, 6-sının qarşısı rəqib tərəfindən alınıb. Yığma bu göstəriciyə görə 47-cidir. Millinin qapıçıları 4 görüşdə 20 qurtarış ediblər. Yığma bu göstəricidə Malta və Belarusla 6-8-ci yerləri bölüşdürür. Bu üç kollektiv buraxılan qol sayında isə 10-12-ci sıralardadırlar. Qapıçı Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə iki qarşılaşmada meydana çıxsa da, qurtarış sayına görə siyahıda yer alıb. Estoniya (1:1) və Belçika (0:1) ilə oyunlarda 10 dəfə seyv edən qolkiper 30-39-cu yerləri bölüşdürür. Geri qayıt |