Əsas Səhifə > Digər > Çempionlar Liqası: “Araz-Naxçıvan” darmadağınla qalib gəlib

Çempionlar Liqası: “Araz-Naxçıvan” darmadağınla qalib gəlib


23-08-2023, 17:00


“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasındakı ilk oyununda darmadağınla qalib gəlib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupu çərçivəsində Latviyada keçirdiyi birinci görüşündə Türkiyə təmsilçisi “İstanbul Şişli”ni 9:1 hesabı ilə üstələyib.

Amadeunun het-trik etdiyi matçda İsa Atayev dubla imza atıb.

UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ
A qrupu, I tur
23 avqust
15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “İstanbul Şişli” (Türkiyə) 9:1
Qollar: Katatau, 3:25, Xətai Bağırov, 5:53, Lazar Milosavlyeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İsa Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 - Sadettin Çamcı, 39:10
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Salaspils. Salaspils İdman Arenası.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a (Almaniya) qarşı keçirəcək.
Geri qayıt