Əsas Səhifə > Digər > Konfrans Liqası oyunundan sonra futbolçular arasında dava düşüb
Konfrans Liqası oyunundan sonra futbolçular arasında dava düşüb18-08-2023, 11:00 |
Ukraynanın "Dinamo" və Yunanıstanın "Aris" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra futbolçular arasında dava düşüb. BrendSport.az xəbər verir ki, Kiyev təmsilçisinin qapıçısı Georgi Buşan final fitindən sonra rəqib azarkeşlərə tərəf gedərək təxribat xarakterli jestlər göstərməyə başlayıb. Ardınca "Aris"in oyunçuları məsələni həll etmək üçün rəqib futbolçular tərəfə qaçıblar və nəticədə dava düşüb. "Dinamo"nun baş məşqçisi Mirça Luçesku insidentə münasibət bildirib: "Aris" fanatlarının ilk görüşdə qaldırdıqları pankartları gördünüzmü? Onlar Ukraynaya qarşı yönəlmişdilər. Futbolçularımızı dayandıra bilmədim. Mən bunu dəstəkləmirəm, amma siz də oyunçuları başa düşməlisiniz. Çünki onlar tərəfdarların Ukrayna hərbçilərinə qarşı pankartlarını görüblər. Təbii ki, bəzi jestlərlə razılaşa bilmirəm. Ümid edirəm ki, gələcəkdə belə hal təkrarlanmayacaq". Qeyd edək ki, ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Dinamo" cavab qarşılaşmasında qalib gəlib (2:1) və penaltilər seriyasında növbəti mərhələyə adlayıb. Geri qayıt |