Əsas Səhifə > Digər > Azərbaycanlı futbolçu: “Hələ “Kəpəz”ə keçəndə Türkiyə komandaları ilə danışığım olmuşdu”
Azərbaycanlı futbolçu: “Hələ “Kəpəz”ə keçəndə Türkiyə komandaları ilə danışığım olmuşdu”5-08-2023, 10:20 |
“Hələ “Kəpəz”ə keçidim zamanı Türkiyə komandaları ilə danışığım olmuşdu”. BrendSport.az xəbər verir ki, yay fasiləsində “Sabah”dan ayrılaraq iyulun 25-də “Kəpəz”lə müqavilə bağlayan 30 yaşlı mərkəz müdafiəçisi cəmi 9 gün sonra “Tuzlaspor”a keçməsinin səbəbini izah edib: “Türkiyənin digər klublarından cavab gözlədiyim üçün “Kəpəz”lə müqavilə bağlayanda sərbəst qalma bəndini əlavə etmişdik. Bu şərtlə razılaşdıqları üçün Gəncə klubunun rəhbərliyinə və məşqçi heyətinə təşəkkür edirəm. Əslində, “Kəpəz”də məni yaxşı qarşılamışdılar, hər şey qaydasında idi. Sadəcə, müqavilədə yer alan bənddən yararlanaraq, “Tuzlaspor”un təklifini qəbul etdim. Klub rəhbərliyi və məşqçilər heyəti gedişimi normal qarşıladılar. Çünki əvvəlcədən danışığımız olmuşdu”. Azərbaycan millisinin üzvü bu keçid zamanı yığmanın seleksiyaçısı İlqar Qurbanovun vasitəçilik etdiyini bildirib: “İlqar Qurbanovun vasitəsilə “Tuzlaspor”dan təklif gəldi. Biz də müzakirə etdikdən sonra razılaşdıq. “Tuzlaspor” rəhbərliyi ilə görüşdən sonra müqavilə bağladıq. Yeni komandamın baş məşqçisi ilə söhbətim olub, buradakı mövqeyim, vəziyyətim barədə danışmışıq”. Qeyd edək ki, Bəxtiyar Həsənalızadə TFF I Liqa təmsilçisi “Tuzlaspor”la 2 illik müqavilə bağlayıb. Geri qayıt |