Əsas Səhifə > Digər > UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar


4-08-2023, 09:00


“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu çıxışı Azərbaycana UEFA reytinqində yarım xal qazandırıb.

BrendSport.az
xəbər verir ki, hər iki komanda evdə keçirdiyi cavab oyununda qələbə qazanaraq, ölkə reytinqinə hərəyə 0,250 xal yazdırıb.

“Neftçi” 8-ci km qəsəbə stadionunda Bosiya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0, “Sabah” isə “Bank Respublika Arena”da Latviya RFŞ-ni 2:1 hesabı ilə məğlub edib.

Bununla ölkənin cari mövsümdəki xalları 1,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 15,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya 16,500 reytinq xalına malikdir.

Baş tutan qarşılaşmalar Xorvatiya, Polşa, Ermənistan, Latviya, Kosovo, Farer adaları, Lüksemburq, Gürcüstan, Andorra və Şimali Makedoniyanın irəliləməsinə, Yunanıstan, İsveç, İrlandiya, Finlandiya, Lixtenşteyn, Şimali İrlandiya, Malta, Estoniya və Monteneqronun isə geriləməsinə səbəb olub.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb.
Geri qayıt