Əsas Səhifə > Digər > Konfrans Liqası: "Neftçi" - "Jelezniçar" oyununa biletlərin hamısı satılıb

Konfrans Liqası: "Neftçi" - "Jelezniçar" oyununa biletlərin hamısı satılıb


3-08-2023, 16:00


Bakıda "Neftçi" ilə Bosniya və Herseqovinanın "Jelezniçar" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün biletlər bitib.

BrendSport.az
xəbər verir ki, bu gün 8-ci km stadionunda oynanılacaq “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da start götürəcək. Sarayevodakı lk oyunda qalib müəyyənləşməyib - 2:2.

"Sabah" - RFŞ (Latviya) qarşılaşmasına bilet satışı isə davam edir. "Iticket.az"da olan son göstəriciyə əsasən, hazırda satışda 3500-dən çox bilet var.

Bu gün "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq. İlk oyunda "Sabah" 2:0 hesablı qələbə qazanıb.
Geri qayıt