Əsas Səhifə > Digər > Şahruddin Məhəmmədəliyevin sabiq komanda yoldaşı: “Səhvlərini unutdura biləcək”

Şahruddin Məhəmmədəliyevin sabiq komanda yoldaşı: “Səhvlərini unutdura biləcək”


2-08-2023, 15:40


“İnanıram ki, Şahruddin səhvlərini unutdura biləcək”.

BrendSport.az
xəbər verir ki, bunu 2018/2019 mövsümündə “Qarabağ”da Şahruddin Məhəmmədəliyevlə çiyin-çiyinə çıxış etmiş islandiyalı sabiq qapıçı Hannes Halldorsson deyib.

O, Azərbaycan millisinin qolkiperini UEFA Çempionlar Liqasının II təsnifat mərhələsidə “Rakuv”a Polşada 2:3 hesabı ilə məğlub olduqları görüşdəki səhvlərinə görə qınamır: “Şahruddin fədakar qapıçı idi, üzərində durmadan çalışırdı. Məncə, indi “bir nömrə” olmağa layiqdir. Qapı xətti çox nankor mövqedir. Ardıcıl qurtarışlarla qəhrəman ola bilərsən. Amma bir səhvinlə onların hamısı insanların gözündə silinəcək, antiqəhrəman sayılacaqsan. Şahruddin inadkar insandır”.
Geri qayıt