Əsas Səhifə > Digər > Voleybol üzrə rayon birinciliyi keçirildi

Voleybol üzrə rayon birinciliyi keçirildi


5-02-2018, 11:02


Şamaxı rayonunda məktəbli şagirdlər arasında voleybol idman növü üzrə rayon birinciliyi keçırildi.

Şamaxı rayonunda hər il ənənəvi olaraq tədris ili ərzində şagirdlər arasında məktəblilərin il boyu spartakiadasının proqramına daxil olan 9 idman növü üzrə idman yarışları keçirilir.

3 fevral 2018-ci il tarixində saat 10.00-dan 14.00-dək şəhər 9 saylı tam orta məktəbin idman zalında rayonun bir neçə şəhər, kənd və qəsəbə məktəblərinin oğlan və qız şagirdləri arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirildi.

Gərgin və çox maraqlı keçən idman mübarizəsinin sonunda aşağıda qeyd olunan məktəblərin komandaları yarışın qalibləri oldular.

1- yer mədrəsə qəsəbə tam orta məktəbi,
2-yer şəhər 3 saylı tam orta məktəbi,
3-yer şəhər 10 saylı tam orta məktəbi.

Qalib gəlmiş komandalar Şamaxı rayon Gənclər və idman idarəsi, Təhsil şöbəsi tərəfindən müvafiq diplomlarla təltif olundular.

Alxas Məmmədov



Geri qayıt