Əsas Səhifə > Digər > Əmisi ilə fəxr edir

Əmisi ilə fəxr edir


5-02-2018, 10:57


Zaur Axundov 2011-ci ildə Tovuz rayonunda anadan olub. Tovuz rayon Puşkin adına orta məktəbin I sinif şagirdidir.

Zaur 2 ildir taekvondo ilə məşğuldur. Şirvan, Qəbələ, Aģsu və Ağcabədi rayon açıq birinciliklərinin qalibidir. Az yaşının olmasına baxmayaraq, artıq bir çox uğurlar əldə edib.

Şəxsi məşqçisi atası taekvondo üzrə 3-cü dan qara kəmər sahibi Ümid Axundovdur. Zaur şəhid əmisi "Zaur Axundov"un adın daşıyan taekvondo klubunun üzvüdür.

Balaca qəhrəmanımıza elə əmisnin şərəfinə Zaur adı qoyulub. O da bu addan şərəf duyur və əmisi ilə fəxr etdiyini deyir.

Qeyd edək ki, Zaur Tovuz rayonunda şəhid əmisi Zaurun xatirəsinə həsr olunmuş turnirdə çempion olmuşdur.

Alxas Məmmədov
Geri qayıt