Əsas Səhifə > Digər > Öncə Başiç, sonra Mutu

Öncə Başiç, sonra Mutu


26-07-2023, 11:45


Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu öncəsi bakılıların baş məşqçisi Adrian Mutu və futbolçu Eddi İsrafilovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

BrendSport.az xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 21:30-da “Qrbaviça” stadionunun mətbuat zalında baş tutacaq.

Konfransdan sonra – saat 22:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Eyni məkanda bu gün Bakı vaxtı ilə saat 20:30-da “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və futbolçu Suleyman Krpiçin iştirakı ilə mətbuat konfransı, 21:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Geri qayıt