Əsas Səhifə > Digər > Azərbaycanda səfir olmuş şəxs “Qalatasaray”ın İdarə Heyətində

Azərbaycanda səfir olmuş şəxs “Qalatasaray”ın İdarə Heyətində


21-01-2018, 13:42


Mustafa Cengizin “Qalatasaray”ın yeni prezidenti seçildikdən sonra klubun İdarə Heyətinin tərkibi də müəyyənləşib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, İdarə Heyətində 10 nəfər əsas, 5 nəfər isə ehtiyat üzv olacaq.

Əsas heyətə daxil olanlardan biri də Ahmet Ünal Çeviközdür. Çeviköz 2001-2004-cü illər aralığında Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub. Daha sonra o, fəaliyyətini İraqda davam etdirib.
Geri qayıt