Əsas Səhifə > Digər > "Beşiktaş" İbrahimoviçi transfer etməyə çalışır

"Beşiktaş" İbrahimoviçi transfer etməyə çalışır


12-01-2018, 10:18


Cenk Tosunu "Everton"a satana "Beşiktaş" transfer bombasını partladır. İstanbul klubu heyətinə dünya ulduzunu qatır.

İtaliya mediasının məlumatına görə, "Qara Qartal" "Mançester Yunayted"dən Zlatan İbrahimoviçi transfer etməyə çalışır. İsveçli ulduzun meneceri Mino Raiola ilə görüşən "Beşiktaş" rəhbərliyi məqsədlərini və təkliflərini qarşı tərəfə çatdırıblar. İbrahimoviç yaxın günlərdə təklifə cavab verəcək.

Qeyd edək ki, uzun müddətli ədədən dönən İbrahimoviç cari mövsümdə 7 rəsmi matça çıxıb və 1 qol vurub.
Geri qayıt