Əsas Səhifə > Digər > Andres İnyesta yayda klubunu dəyişəcək

Andres İnyesta yayda klubunu dəyişəcək


6-05-2023, 12:00


BrendSport.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi yayda Yaponiya təmsilçisi "Vissel Kobe"dən ayrılacaq.

Təcrübəli oyunçu az forma şansı əldə etdiyi üçün vidalaşmaq qərarına gəlib.

Qeyd edək ki, Andres İnyesta 2018-ci ildə "Vissel Kobe"yə keçib. Onun klubla müqaviləsi 2024-cü il yanvarın 31-dək qüvvədədir. Yarımmüdafəçi komandada 132 oyun keçirib, 26 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari ildə dörd matçda cəmi 59 dəqiqə meydanda olub.
Geri qayıt