Əsas Səhifə > Digər > Formula 1 Azərbaycan Qran-Prisinin cədvəli
Formula 1 Azərbaycan Qran-Prisinin cədvəli24-04-2023, 13:00 |
Formula 1 çempionatında dördhəftəlik fasilə başa çatır. Aprelin son istirahət günlərində Bakı trasında Azərbaycan Qran-Prisi təşkil olunacaq. BrendSport.az xəbər verir ki, mərhələ 2023-cü il mövsümündə ilk dəfə olaraq sprintlə birgə formatda təşkil olunacaq. Qısa şənbə yürüşünə şənbə günü səhər ikinci məşq ilə birgə ayrıca təsnifat keçiriləcəyi istisna olunmur. Əlavə təsnifat sessiyasının keçirilməsi üçün Formula 1 komandalarının səsverməsi çərşənbə axşamı – aprelin 25-də təşkil olunacaq. Formula 1 Azərbaycan Qran-Prisinin cədvəli: 28 aprel, cümə 13:30-14:30 Birinci məşq 17:00-16:00 Təsnifat 29 aprel, şənbə 13:30-14:30 İkinci məşq və ya sprint üçün təsnifat 15:30 Sprint 30 aprel, bazar 15:00 Yürüş. Geri qayıt |