Əsas Səhifə > Araşdırma > Üç boksçumuz Dünya Kubokunda qələbə qazanıb
Üç boksçumuz Dünya Kubokunda qələbə qazanıb16-03-2023, 13:44 |
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha üç boksçusu mərhələ adlayıb. BrendSport.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, 51 kq çəkidə rinqə çıxan Sübhan Məmmədov 1/8 final çərçivəsində Kris Hippokrata (Fransa) qalib gəlib. O, rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. S.Məmmədov növbəti döyüşündə rusiyalı Amin Abdillinlə üz-üzə gələcək. Məhəmmədəli Aşurəliyev (57 kq) də ilk döyüşünü aktivinə yazıb. Dimo Toniyev (Bolqarıstan) üzərində 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:25) hesabı ilə qələbə qazanan boksçu 1/4 finalda belçikalı Lorenzo Kamposeo ilə münasibətinə aydınlıq gətirəcək. Aynur Mikayılova (52 kq) isə artıq özü üçün bürünc medalı təmin edib. O, buna 1/4 finalda Özdəm İrəmi (Türkiyə) 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub etməklə nail olub. A.Mikayılova yarımfinalda Anastasiya Kulla (Rusiya) qarşılaşacaq. Hər üç boksçumuzun növbəti döyüşü martın 17-nə təsadüf edəcək. Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnirin üçüncü günündə 4 boksçumuz rinqə çıxacaq. Geri qayıt |