Əsas Səhifə > Araşdırma > Gəncə şəhərində silah-sursat tapılıb

Gəncə şəhərində silah-sursat tapılıb


24-04-2021, 12:18

Gəncə şəhərində silah-sursat tapılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BrendSport.az -a verilən məlumata görə, dərhal Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan alışqanı ilə birlikdə bir ədəd “RQH-D”, bir ədəd “F-1” qumbaraları və 102 ədəd müxtəlif kalibrli avtomat və tapança patronları aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.



Geri qayıt