Əsas Səhifə > Araşdırma > AFFA “Traktor”un hücumçusunu yığmay gətirmək istəyir

AFFA “Traktor”un hücumçusunu yığmay gətirmək istəyir


21-04-2021, 22:53



Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazinin göstərişi ilə milliləşdirilmə prosesini sürətləndirən AFFA daha bir futbolçunu gözaltı edib.

BrendSport.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, assosiasiya "Taktor”un hücumçusu Məhəmməd Abbaszadə ilə maraqlanır.

30 yaşlı forvardın qolçuluq bacarığını ötən ilindən formasını geyindiyi “Taktor”da da davam etdirməsi skautların diqqətindən yayınmayıb.

Üstəlik, Abbaszadənin indiyə qədər İran millisinə çağırılmaması da AFFA rəhbərliyini ümidləndirib.

Təcrübəli futbolçu Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində aprelin 14-də “Paxtakor”la səfər matçında dubl edərək (3:3), komandasına 1 xal qazandırıb.

Bu mövsüm “Traktor”un heyətində İran çempionatında 9 qola imza atan Məhəmməd Abbaszadə bombardirlər yarışında 3-cü pillədə qərarlaşır.
Geri qayıt