Əsas Səhifə > Araşdırma > Bundesliqa klubunda baş məşqçi dəyişikliyi olub

Bundesliqa klubunda baş məşqçi dəyişikliyi olub


12-04-2021, 19:37



Almaniyanın “Köln” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

BrendSport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, klubun baş məşqçisi Fridxelm Funkel olacaq. Altmış yeddi yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Bundan əvvəl 2019-cu ildən kluba rəhbərlik edən Markus Qizdolu istefaya göndərilib.

Qeyd edək ki, Qizdolun rəhbərliyi altında “Köln” son səkkiz matçda bir dəfə də qələbə qazana bilməyib (6 məğlubiyyət, 2 heç-heçə). İyirmi səkkiz oyundan sonra 23 xal toplayan “Köln” 18 komanda arasında 17-ci yerdədir.
Geri qayıt