Əsas Səhifə > Araşdırma > Voleybolçumuzun çıxış etdiyi “Minçanka” klubu pandemiyaya görə Çempionlar Liqasında mübarizəni dayandırıb

Voleybolçumuzun çıxış etdiyi “Minçanka” klubu pandemiyaya görə Çempionlar Liqasında mübarizəni dayandırıb


22-09-2020, 22:26
Voleybolçumuzun çıxış etdiyi “Minçanka” klubu pandemiyaya görə Çempionlar Liqasında mübarizəni dayandırıb


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizovanın çıxış etdiyi Belarusun “Minçanka” klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.
BrendSport.az xəbər verir ki, Rusiya Super Liqası çərçivəsində Krasnodarın “Dinamo” klubu ilə oyundan qayıtdıqdan sonra komandanın üzvlərindən COVID-19 testi götürülüb və bir voleybolçuda koronavirus aşkarlanıb. Bu səbəbdən Çempionlar Liqasının birinci turu çərçivəsində sentyabrın 23-də keçirilməsi nəzərdə tutulan Almaniyanın “Ştutqart” komandası ilə görüş ləğv olunub və Belarus təmsilçisinə texniki məğlubiyyət verilib.
“Minçanka” klubu mübarizəni CEV kuboku yarışlarına davam etdirəcək.
Geri qayıt