Əsas Səhifə > Araşdırma > “Qarabağ”-“Molde” oyununu Serbiyadan olan hakimlər briqadası idarə edəcək

“Qarabağ”-“Molde” oyununu Serbiyadan olan hakimlər briqadası idarə edəcək


14-09-2020, 16:40
 “Qarabağ”-“Molde” oyununu Serbiyadan olan hakimlər briqadası idarə edəcək


“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.
BrendSport.az saytı xəbər verir ki, Ağdam təmsilçisinin Norveçin “Molde” klubu ilə keçirəcəyi görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Scran Yovanoviç olacaq.
Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.
Qeyd edək ki, sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ”- “Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da olacaq.
Geri qayıt