Əsas Səhifə > Araşdırma > “Neftçi”–“Qalatasaray” oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək
“Neftçi”–“Qalatasaray” oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək7-09-2020, 15:26 |
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Qalatasaray” matçının hakim təyinatları açıqlanıb. BrendSport.az xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi Svetlana Şkil (Ukrayna), hakim-inspektoru isə Sokol Jaresi (Albaniya) olacaq. Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Geri qayıt |