Əsas Səhifə > Araşdırma > Formula 1 Vyetnam Qran-Prisi noyabrın sonunda təşkil oluna bilər

Formula 1 Vyetnam Qran-Prisi noyabrın sonunda təşkil oluna bilər


7-07-2020, 22:33


İlk dəfə keçiriləcək Formula 1 Vyetnam Qran-Prisi noyabrın sonunda təşkil oluna bilər.

BrendSport.az xəbər verir ki, martda keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Hanoy Xalq Komitəsinin nümayəndəsi Nquen Dyuk Çunq bildirib ki, bununla əlaqədar Formula 1 rəhbərliyi ilə danışıqlar davam edir. Koronavirus infeksiyasının Vyetnamda və dünyada yayılma tempini nəzərdə saxlayırıq. Ümidvaram ki, Hanoy noyabrın sonunda ilk Formula 1 yarışına ev sahibliyi edəcək.
Geri qayıt