Əsas Səhifə > Araşdırma > "Formula 1"də mövsüm başladı
"Formula 1"də mövsüm başladı3-07-2020, 15:39 |
"Formula 1"də yeni mövsümə start verilib. BrendSport.az xəbər verir ki, bu gün Avstriya Qran-prisi sınaq yürüşləri ilə start götürüb. Artır ilk test yürüşü başlayıb. İkinci sınaq isə Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Avstriya Qran-prisinə iyulun 5-də yekun vurulacaq. Qeyd edək ki, "Formula 1"də yeni mövsümün ilk yarışı martda Avstraliyada keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən ləğv edilib. "Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək. İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub. Geri qayıt |