Əsas Səhifə > Araşdırma > Boksçularımız açıq havada məşqlərə başlayıblar

Boksçularımız açıq havada məşqlərə başlayıblar


2-06-2020, 18:05
Boksçularımız açıq havada məşqlərə başlayıblar


Açıq havada məşqlərə başlamışıq. Məşqləri qruplar halında təşkil edirik. Hər qrupda on idmançı yer alıb. Boksçularımızın məşqlərində əsasən ümumi fiziki hazırlığa, dözümlülüyün möhkəmləndirilməsinə diqqət yetirilir.
BrendSport.az
saytı xəbər verir ki, bu sözləri “Qızıl Əlcək” idman klubunun və 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) boks üzrə baş məşqçisi, Əməkdar məşqçi Rəhim Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib.
R.Allahverdiyev bildirib ki, məşqlərdə karantin qaydalarına xüsusilə riayət edilir. Bizim üçün idmançıların hazırlığı ilə yanaşı, onların sağlamlığı da vacib məsələdir. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində verilən qərarlara uyğun olaraq karantin rejiminin tələblərinə tam əməl edirik.
Geri qayıt