Əsas Səhifə > Araşdırma > Formula E-nin təşkilatçıları Berlin aerodromunda 6 yarış keçirməklə mövsümü başa çatdırmağı planlaşdırırlar

Formula E-nin təşkilatçıları Berlin aerodromunda 6 yarış keçirməklə mövsümü başa çatdırmağı planlaşdırırlar


2-06-2020, 14:37
Formula E-nin təşkilatçıları Berlin aerodromunda 6 yarış keçirməklə mövsümü başa çatdırmağı planlaşdırırlar

Formula E-nin təşkilatçıları daha bir neçə yarış keçirməyi və 2019-2020-ci il mövsümünü nisbətən tam başa çatdırmağı hədəfləyirlər. Koronavirus pandemiyası səbəbindən mövsüm beş mərhələdən sonra dayandırılıb. Formula E mərhələləri şəhər traslarında keçirilir və onların izləyicilərsiz keçirilməsi iqtisadi baxımdan əlverişli deyil.
BrenSport.az “The Race”ə istinadla xəbər verir ki, Formula E mövsümü iyul ayında başa çatmalıdır. Yarışların Berlindəki “Tempelhof” qapalı aerodromunda keçirilməsi optimal variant hesab olunur. Formula E yarışları əvvəlki illərdə, o cümlədən 2019-cu ildə də orada keçirilib. Promoterlər mövsümü başa çatdırmaq üçün orada altı yarış keçirməyə hazırdırlar.
Geri qayıt