Əsas Səhifə > Araşdırma > Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq

Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq


1-06-2020, 13:18
Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra Formula 1 Qran-Pri yarışları Avstriyada davam etdiriləcək.
BrendSport.az xəbər verir ki, Avstriya Federal Səhiyyə Nazirliyi 5 və 7 iyul tarixləri üçün nəzərdə tutulan yarışlar üçün təqdim olunan konsepsiyanın tibbi öhdəliklərə cavab verdiyini açıqlayıb. Azarkeşlər yürüşləri yalnız mavi ekranlardan izləyə biləcəklər, avtodromda tamaşaçıların iştirakına icazə verilməyib.
Avstriyanın Ştiriya federal əyalətində yerləşən Şpilberq avtodromundan bildirilib ki, iki yürüşün keçirilməsi üçün hazırlıqlar görülüb və bütün iştirakçıların tibbi nəzarəti üçün lazımi tədbirlər görüləcək.
Qeyd edilməlidir ki, Formula 1 tarixində ilk dəfə olaraq bir mövsüm ərzində eyni məkanda iki yürüş (özü də bir həftə ərzində) keçiriləcək. Pandemiya ilə əlaqədar builki mövsümdə on yürüş təxirə salınmalı olub. Mövsümü başa vurmaq üçün hələ on beş yürüş keçirilməlidir, lakin Formula 1 rəsmiləri əlavə təqvim cədvəli ilə hələlik açıqlama verməyiblər.




AZƏRTAC
Geri qayıt