Əsas Səhifə > Araşdırma > Fransada yaşayan azərbaycanlı idmançı “taclı bəla”nın qurbanı olub
Fransada yaşayan azərbaycanlı idmançı “taclı bəla”nın qurbanı olub7-04-2020, 16:28 |
Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusdan dünyasını dəyişib. BrendSport.az saytı xəbər verir ki, bu barədə Ukraynadakı Qafqaz Xalqları Konsresinin rəhbəri Paşa Məmmədov məlumat yayıb. O, koronavirusa yoluxan yaxın dostunun komaya düşərək vəfat etdiyini bildirib: --Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım koronavirusdan komaya düşərək vəfat etdi. Söz tapa bilmirəm, Allahın qədər-qismətinə üsyan edə bilmərəm, lakin bu cür itki ilə barışmaq çox çətindir! Paşa Məmmədov daha sonra deyib: “Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlar təlimlərində uğurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı. Yerin Cənnətlik olsun canım qardaşım! Allah rəhmət etsin! Özünüzü və yaxınlarınızı qoruyun”. Allah rəhmət eləsin! Geri qayıt |