Əsas Səhifə > Araşdırma > Parkur üzrə təmsilçimiz üçüncü hakimlik dərəcəsini əldə edib
Parkur üzrə təmsilçimiz üçüncü hakimlik dərəcəsini əldə edib12-12-2019, 18:29 |
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyanın (FIG) inkişaf etdirdiyi gimnastika növləri arasına yeni daxil olmuş parkur üzrə beynəlxalq hakimlik kursları təşkil edilib. BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu kurslarda iştirak etmiş təmsilçimiz Əli Mərdanov imtahanları müvəffəqiyyətlə keçərək, üçüncü hakimlik dərəcəsi alıb. Kurslar parkurun həm “speed run”, həm də “freestyle” proqramında keçirilib. Təmsilçimiz hər iki proqram üzrə uğurlu nəticə göstərib. Ə.Mərdanovun əldə etdiyi hakimlik dərəcəsi 2020-2024-cü illər ərzində etibarlı olacaq. Xatırladaq ki, ötən ilin dekabrında Bakıda keçirilmiş FIG-nin ali konqresində alınmış qərara əsasən, parkur idman növü rəsmi olaraq ali idman qurumunun fəaliyyətinə daxil edilib. Daha sonra paytaxtımızda bu idman növü üzrə 13 ölkənin iştirakı ilə təqdimat xarakterli kurslar keçirilib. Azərbaycan təmsilçiləri isə ilk dəfə olaraq cari il mayın 31-dən iyunun 2-dək Fransanın Monpelye şəhərində keçirilmiş dünya kuboku yarışlarında iştirak ediblər. Geri qayıt |