Əsas Səhifə > Araşdırma > Qadın şahmatçılar arasında Avropa çempionatı davam edir
Qadın şahmatçılar arasında Avropa çempionatı davam edir20-04-2019, 14:56 |
Aprelin 20-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının doqquzuncu turunun oyunları keçiriləcək. BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Gülnar Məmmədova (4,5 xal), Xəyalə Abdulla (4,5 xal) və Nərmin Söyünlü (4 xal) səkkizinci turu qələbə ilə başa vurublar. Türkan Məmmədyarova (5 xal), Günay Məmmədzadə (5 xal), Gövhər Beydullayeva (4 xal) heç-heçə ediblər. Ülviyyə Fətəliyeva (4,5 xal), Zeynəb Məmmədyarova (4 xal) və Fidan Ağasiyeva (2,5 xal) məğlub olublar. Səkkiz turdan sonra 6,5 xal toplayan rusiyalı şahmatçı Alina Kaslinskaya liderliyi davam etdirir. On bir turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534). Turnirin ümumi mükafat fondu 60 min avrodur. Geri qayıt |