Əsas Səhifə > Araşdırma > Fuad Muradov: Komitə xarici ölkələrdə idmanla məşğul olan soydaşlarımıza dəstək verməyə hazırdır
Fuad Muradov: Komitə xarici ölkələrdə idmanla məşğul olan soydaşlarımıza dəstək verməyə hazırdır14-04-2019, 14:05 |
Xarici ölkələrdə yaşayan azərbaycanlılar beynəlxalq idman yarışlarında uğurlar qazanırlar. Bütün bunlar bizi sevindirir. BrendSport.az xəbər verir ki, bu fikri Kiyevdə “Bakinets” güləş idman klubunda idmançılarla görüşündə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. Onun sözlərinə görə, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, bir çox mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edir. Xarici ölkələrdə yaşayan soydaşlarımızın da idmanda daha çox uğurlar qazanması üçün Dövlət Komitəsi lazımi dəstəyi göstərməyə hazırdır. İdman klubunun rəhbəri, Azərbaycanın sərbəst güləş üzrə Əməkdar idman ustası, Əməkdar məşqçisi Oleq Krapivin məlumat verib ki, ilk dəfədir soydaşlarımız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında Ukraynanı təmsil edirlər. Kiyevdə yaşayan Pərviz və Təbriz Nəsibov qardaşları bu gün yunan-roma güləşi üzrə müvafiq olaraq 63 və 67 kiloqram çəki dərəcələrində Avropa çempionatında mübarizə aparacaqlar. F.Muradov Ukraynada bu cür idman məktəblərinin sayının artırılmasının vacibliyini vurğulayıb. AZƏRTAC Geri qayıt |