Əsas Səhifə > Araşdırma > “Neftçi” Antalyada növbəti yoxlama oyununu keçirib

“Neftçi” Antalyada növbəti yoxlama oyununu keçirib


24-01-2019, 00:36


Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Neftçi” komandası yanvarın 23-də növbəti yoxlama oyununu keçirib.

BrendSport.az xəbər verir ki, rəqib Çexiyanın “Slovan” kollektivi olub. "Arslan Zeki Demirci" İdman Kompleksində keçirilən görüş Liberets təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 21-ci dəqiqədə Baqali Dabonun ötürməsindən sonra Mirabdulla Abbasov açıb. Lakin 36-cı dəqiqədə Matey Hibş hesabı bərabərləşdirib, 46-cı dəqiqədə isə Yan Mikula “Neftçi” müdafiəçilərinin səhvindən yararlanaraq komandasının qələbə topunu vurub.

Qeyd edək ki, bu, “Neftçi”nin ikinci yoxlama oyunu olub. Flaqman ilk görüşündə Rumıniya "Qaz-Metan" klubuna böyük hesabla qalib gəlib - 3:0. Hazırda “Slovan” Çexiya çempionatında 19 oyundan 25 xalla 7-ci pillədə qərarlaşıb.
Geri qayıt