Əsas Səhifə > Araşdırma > Türkiyə Superliqası: "Beşiktaş" komandası səfər oyununda xal itirib

Türkiyə Superliqası: "Beşiktaş" komandası səfər oyununda xal itirib


8-12-2018, 09:45


Futbol üzrə Türkiyə Superliqasının XV turunda 24 xalla çempionatda üçüncü pillədə qərarlaşan "Beşiktaş" komandası səfərdə "Alanyaspor"la qarşılaşıb.

BrendSport.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb 0:0. Beləliklə, Superliqanın son iki matçında qalib gələn İstanbul komandası bu görüşdə rəqibini məğlub edə bilməyib və səfər oyununda xal itirib.

Bu heç-heçəyə baxmayaraq, hesabındakı xallarının sayını 25-ə çatdıran Şenol Günəşin komandası turnir cədvəlində üçüncü sıradakı mövqeyini möhkəmləndirib.

Xatırladaq ki, "Beşiktaş" komandası ötən tur əzəli rəqiblərindən olan "Qalatasaray"ı məğlubiyyətə uğradaraq çempionatda üçüncü pilləyə yüksəlmişdi.

Dekabrın 8-də dördüncü yerdəki "Qalatasaray" komandası öz meydanında "Rizespor"u qəbul edəcək.

Qeyd edək ki, bir oyun az keçirən "Başakşəhər" (30 xal) hazırda çempionatda vahid liderdir. İkinci pillədəki "Kasımpaşa"nın 26 xalı var. Hesabında 25 xal olan "Beşiktaş" üçüncü, "Qalatasaray" isə 24 xalla dördüncü yerdədir.
Geri qayıt