Əsas Səhifə > Araşdırma > "Qərarların heç biri FİFA-a məxsus deyil"

"Qərarların heç biri FİFA-a məxsus deyil"


26-11-2018, 21:50


FİFA prezidenti Canni İnfantino “River Pleyt”lə “Boka Xuniors” arasındakı Libertadores kubokunun finalının cavab oyununun 4-cü dəfə təxirə salınmasına münasibət bildirib.

Xarici mətbuatda yayılan xəbərə görə, İnfantino matçın oynanılmamasıyla bağlı bunları deyib:

“Yaşanan hadisələr və oyunun təxirə salınması məni məyus edir. Futbolda şiddət olmamalıdır, oyunçuların, azarkeşlərin və hakimlərin təhlükəsizliyi əsas tutulmalıdır.

Matçın həftəsonu keçirilməsini mənim istədiyimi iddia edirlər. Bununla bir əlaqəm yoxdur. Oyunun nə zaman keçirilməsi haqda qərarı mən verməmişəm. Bu qərarlar və bütün məsuliyyət CONMEBOL-a (Cənubi Amerika Futbol Konfederasiyası) aiddir. Qərarların heç biri FİFA-a məxsus deyil".

24 noyabrda keçirilməsi nəzərdə tutulan “River Pleyt” - “Boka Xuniors” matçı azarkeşlərin səbəb olduğu hadisələrə görə 4 dəfə təxirə salınıb. Qarşılaşmanın nə zaman baş tutacağı məlum deyil.
Geri qayıt