Əsas Səhifə > Araşdırma > Təbriz klubundan doğma meydanda heç-heçə

Təbriz klubundan doğma meydanda heç-heçə


24-11-2018, 16:30


Futbol üzrə İran çempionatında 13-cü turun oyunları keçirilir.

BrendSport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti oyununu keçirib.

Təbriz klubu doğma meydanda “Sepahan”la qarşılaşıb. Qarşılaşma heç-heçə başa çatıb - 1:1.

Cənubi Azərbaycanın daha məşhur “Traktorsazi” klubu isə hesabat turunda səfərdə “Persepolis”lə qarşılaşacaq.

“Traktorsazi” hazırda 22 xalla 16 iştirakçı arasında 3-cü, “Maşinsazi” isə 13 xalla 10-cudu.
Geri qayıt